Pentaqon qoşunları Avropadan Latın Amerikasına köçürməyi planlaşdırır Dünya

Pentaqon qoşunları Avropadan Latın Amerikasına köçürməyi planlaşdırır

Pentaqon rəhbəri Pit Heqset bildirib ki, ABŞ narkotik kartellərinə qarşı əməliyyatları genişləndirmək məqsədilə bəzi qoşun hissələrini Avropadan Cənubi və Mərkəzi Amerikaya köçürə bilər.

Xalqcebhesi.az xəbər verir ki, Heqsetin sözlərini "The Hill" qəzeti sitat gətirir.

"Şübhəsiz ki, tərəfdaşlarımız sayəsində Mərkəzi və Cənubi Amerikada mövcudluğumuzu və təsirimizi genişləndiririk. Bu imkanlarımızı artırdıqca, həmin resursların bir hissəsi başqa yerlərə və ya zərurət yarandıqda evə qaytarılacaq", - deyə o bildirib.

Müdafiə naziri əlavə edib ki, bu istiqamətdə strategiyanın hazırlanması "ABŞ-nin Avropada yükün daha çox bölüşdürülməsini istədiyini aydın şəkildə nümayiş etdirdi". Heqset həmçinin Vaşinqtonun hazırda Hondurasiya, Qvatemala, Panama və Ekvadorla əlaqələri inkişaf etdirdiyini və narkotik kartellərinə qarşı mübarizə üçün birgə əməliyyatlar hazırladığını qeyd edib.

Məryəm Quliyeva