BBC-nin əməkdaşı işğalı altındakı ərazilərimizdən reportaj hazırlayıb Hadisə
XİN: "Dağlıq Qarabağdan hazırlanan reportajla əlaqədar Azərbaycan tərəfinin narazılığı BBC-yə çatdırılıb"
BBC-nin əməkdaşı Reda El Mavi Ermənistanın işğalı altında olan Azərbaycan ərazilərindən reportaj hazırlayıb.
APA-nın məlumatına görə, reportajda Suriyada müharibədən qaçaraq Ermənistana gələn 15 mindən artıq Suriya ermənisinin Ermənistanın bəzi şəhərlərində, habelə işğal altında olan Azərbaycan ərazilərində yerləşdirildiyi bildirilir.
Reportajda qeyd olunur ki, Suriya erməniləri Dağlıq Qarabağda müharibənin ağır şərtləri altında yaşamaq məcburiyyətindədirlər. "Reportajda Azərbaycana qarşı Ermənistan tərəfindən törədilmiş təcavüz, işğal və qanlı etnik təmizləmə təşviq olunur"
Azərbaycan Xarici İşlər Nazirliyi BBC-nin əməkdaşının Azərbaycanın işğal olunmuş ərazisi olan Dağlıq Qarabağdan reportaj hazırlamasına münasibət bildirib.
XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, reportajla əlaqədar Azərbaycan tərəfinin narazılığı BBC-yə çatdırılıb: "BBC-nin bu məsələyə aydınlıq gətirməsini gözləyirik. Verilişdən göründüyü kimi, BBC telekanalının müxbiri qanunsuz şəkildə Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə səfər edib, Azərbaycan Respublikasının "Dövlət sərhədi haqqında" qanununu pozub.
Qeyri-obyektiv və qərəzli olan bu verilişdə istifadə edilən bir sıra ifadələr münaqişənin əsl mahiyyətini təhrif edir və reportajda Azərbaycana qarşı Ermənistan tərəfindən törədilmiş təcavüz, işğal və qanlı etnik təmizləmə təşviq olunur. Verilişdən göründüyü kimi, Ermənistan Cenevrə konvensiyalarını kobud şəkildə pozaraq, Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində demoqrafik vəziyyəti dəyişmək üçün məqsədyönlü şəkildə Suriyadan olan erməni əsilli qaçqınları işğal olunmuş Azərbaycan ərazilərində yerləşdirir. Azərbaycan tərəfindən bu məsələ dəfələrlə beynəlxalq ictimaiyyət, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədrləri qarşısında qaldırılıb".