7 Noyabr 10:54
1 Dekabr 2021 10:31
1 680
Ötən gün "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Bakı-Naxçıvan reysi üzrə havaya qalxan və Naxçıvanda gün güclü duman olduğuna görə Bakıya qayıdan təyyarə bu gün səhər saatlarında yola salınıb.
Bu barədə "APA-Economics"ə Heydər Əliyev Beynəlxalq Aeroportundan bildirilib.
"J2-2251 nömrəli Bakı-Naxçıvan reysinin təyyarəsi bu gün saat 9:06-da yola salınıb. Təyyarə saat 10:15-də Naxçıvana eniş edib", - hava limanından bildirilib.
Xatırladaq ki, ötən gün güclü duman səbəbindən AZAL-ın J2-2251 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı Bakı hava limanına qayıtmağa qərar verib.
7 Noyabr 18:42
1 064
7 Noyabr 18:03
1 085
7 Noyabr 17:59
1 071