DSMF-də 68 gənc uyğun vəzifələrə təyin olunub Hadisə

DSMF-də 68 gənc uyğun vəzifələrə təyin olunub

Elman Mehdiyev: "Hazırda sığorta-pensiya sistemi tam özü-özünü maliyyələşdirir"

Tərlan

Pensiya təminatında dövlət öhdəlikləri ilə sığorta-pensiya sisteminin öhdəliklərinin maliyyə mənbələrinin fərqləndirilməsi məqsədilə qanunvericiliyə dəyişiklik layihəsi hazırlanır. Bunu məsələyə aydınlıq gətirən Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev bildirib.
Fond sədri qeyd edib ki, hazırda ödənilən, eləcə də yeni təyin olunan pensiya məbləğlərinin bir hissəsini müstəqil Azərbaycan Respublikasında sosial sığorta qanunvericiliyinin tətbiq olunduğu 1992-ci ilin 1 yanvarından əvvəlki dövr üzrə formalaşmış məbləğlər, həmçinin məcburi dövlət sosial sığorta haqları ilə bağlı olmayan əlavələr təşkil edir. Dövlət büdcəsindən ayrılan transfertin həcmi həmin dövlət öhdəliklərindən əhəmiyyətli şəkildə aşağıdır, deməli, bu xərclərin maliyyələşdirilməsinə büdcə transfertlərindən əlavə olaraq sosial sığorta vəsaitləri də yönəldilir. Başqa sözlə, hazırda sığorta-pensiya sistemi tam özü-özünü maliyyələşdirir və bundan əlavə sosial sığorta ilə bağlı olmayan dövlət öhdəliklərin qarşılanmasına da vəsait ayırır. Lakin nəzərə alınmalıdır ki, qeyd olunan xərclərin maliyyələşdirilməsinə yönəldilən sosial sığorta vəsaitlərinin ayrı-ayrı sığortaolunanların fərdi hesablarında şərti pensiya kapitalları kimi qeydə alınması, gələcəkdə təyin ediləcək pensiya məbləğləri üzrə sistemin maliyyə öhdəliyini də formalaşdırmaqdadır. "Göstərilənlə əlaqədar, sığorta-pensiya sisteminin uzunmüddətli inkişaf dövrü üçün maliyyə dayanıqlığının daha da möhkəmləndirilməsi məqsədilə dövlətin öhdəlikləri ilə sığorta-pensiya sisteminin öhdəliklərinin fərqləndirilməsi zərurətə çevrilib."
"May ayı ərzində Dövlət Sosial Müdafiə Fondunda dövlət qulluğu vəzifələrinin müsabiqə yolu ilə tutulması prosesində uğur qazanan 68 gənc uyğun vəzifələrə təyin olunub". Bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev vakant dövlət qulluğu vəzifələrinə müsabiqə yolu ilə yeni qəbul olunan dövlət qulluqçuları ilə görüşündə bildirib. O qeyd edib ki, "2000-ci ildə qəbul olunmuş "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanunu dövlət qulluqçularının hüquqi statusunu müəyyən etmək, onların sosial müdafiəsini gücləndirməklə yanaşı, bu şəxslərə qarşı tələbkarlığı da xeyli artırmış, onların xalqa və dövlətə daha yaxşı xidmət etməsinə, dövlət qulluğunun müasir dövrə uyğun meyarlarının formalaşmasına təkan vermşdir. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bu sahədə aparılan məqsədyönlü islahatlar dövlət idarəçiliyinin daha da təkmilləşdirilməsi və insan kapitalının inkişafında mühüm rol oynamışdır."
E.Mehdiyev işə yeni qəbul olunan gəncləri təbrik edərək, onlara öz fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb. Dövlət qulluğuna müsabiqə yolu ilə yeni qəbul olunan gənclər öz çıxışlarında qəbul prosessinin şəffaf, obyektiv və ədalətli keçirilməsindən məmnunluqlarını ifadə ediblər və bilik və bacarıqlarının üzə çıxarılması üçün yaradılan şəraitə görə ölkə Prezidenti cənab İlham Əliyevə səmimi təşəkkürlərini bildiriblər. Gənclər onlara göstərilən bu yüksək etimadı öz əməli işləri ilə doğruldacaqlarına söz veriblər. Tədbirin davamında "Azərbaycan Respublikasının sığorta-pensiya sistemi: inkişafın yeni mərhələsi" və "Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi" mövzularında təqdimatlar keçirilib.