21 Sentyabr 18:58
21 Sentyabr 17:37
21 Sentyabr 17:36
Sabahdan Fomula 1-ə görə 5 məktəbdə tədris onlayn təşkil ediləcək
Müdafiə Sənayesi Nazirliyi: Yeni texnologiyaların inkişafına üstünlük veririk
Ötən il Azərbaycanda təkrar mənzil bazarında 41 606 mənzilin alqı-satqısı həyata keçirilib
“BMT hələ də münaqişələrin diplomatik həlli üçün ən universal platformadır”
10 Yanvar 2022 12:21
4 494
Füzulidə kanala düşən avtomobilin sürücüsü və sərnişinlər boğulmaqdan son anda xilas edilib.
Trend-in yerli bürosunun məlumatına görə, sürücünün qadın olduğu məlum olub. Hadisə Füzuli rayonunun Kərimbəyli kəndində qeydə alınıb.
Belə ki, Füzuli rayon böyük Bəhmənli kənd sakini, hunday markalı minik avtomobilinin sürücüsü Aygün Eldəniz qızı İsmayılova Füzuli istiqamətində hərəkətdə olarkən, qəfil idarəetməni itirib. Nəticədə sürücü və ailə üzvləri anası Gülşən Ərşad qızı Əliyevanın və Gülay Xanağa qızı İbadovanın da olduğu maşın Füzulinin Kərimbəyli kəndi istiqamətindən keçən Qarabağ kanalına düşüb.
Hadisədən xəbər tutan rayon sakinləri onları xilas edib. Ətrafdakıların köməkliyi ilə hər üç zərərçəkən boğulmaq təhlükəsindən son anda xilas olub.