“Rusiya danışıqlardan qaçmaq üçün bəhanə tapdı”
30 Dekabr 2025 23:00
30 Dekabr 2025 23:00
30 Dekabr 2025 22:59
30 Dekabr 2025 22:37
30 Dekabr 2025 22:36
18 Yanvar 2022 14:04
1 827
Bu ilin tədbirlər planına əsasən işğaldan azad edilmiş ərazilərdə 40 min hektar ərazinin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi nəzərdə tutulur.
Bunu Trend-ə açıqlamsında Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədrinin müavini Samir Poladov deyib.
O qeyd edib ki, bu 40 min hektarın həm ANAMA əməliyyat qrupları tərəfindən, həm də Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti tərəfindən təmizlənməsi nəzərdə tutulub.
S.Poladov vurğulayıb ki, təmizləmə əməliyyatları əsasən bərpa və yenidənqurma işləri aparılan, infrastruktur layihələri həyata keçirilən, kənd təsərrüfatı ərazilərində və digər bu kimi ərazilərdə həyata keçirilir.
Qeyd edək ki, 2021-ci il ərzində işğaldan azad edilmiş ərazilərdə ümumilikdə 20 min 165 ha sahə minadan təmizlənib. Nəticədə 41 min 503 ədəd mina və partlamamış hərbi sursat aşkar edilib.
30 Dekabr 2025 18:03
2 205
30 Dekabr 2025 18:01
1 953
30 Dekabr 2025 17:36
2 030