Bakı turistlər üçün yaxşı məkan kimi qiymətləndirilib Hadisə

Bakı turistlər üçün yaxşı məkan kimi qiymətləndirilib

Tərlan

Dünyanın ən çox satılan bələdçilərindən olan "Lonely Planet" nəşri Avropanın ən yaxşı yerlərinin siyahısını təqdim edib. Siyahıda Azərbaycanın paytaxtı Bakı ilk onluqda 7-ci sırada yer alıb. Bakı həmçinin, post sovet ölkələrindən siyahıda yer tutan yeganə şəhər olub. Paytaxt Bakının Avropanın bir hissəsi kimi göstərilən siyahıda şəhər qitənin ən sürətli dəyişən məkanlarından biri olduğu bildirilib.
Nəşrdə Bakı şəhərinin sovet zamanındakı görünüşü sürətlə Dubay və Paris parıltısı ilə əvəz olunduğu qeyd olunub. Bakının yeni memarlıq simvolu olan Heydər Əliyev Mərkəzi, YUNESKO-nun "Dünya İrsi Siyahısı"na daxil edilmiş İçərişəhər və yaradıcı işıq şousu ilə gecələr göz oxşayan Alov qüllələrinin adları xüsusi olaraq vurğulanır.
Bakıda keçirilən I Avropa Oyunlarının turistlərinin sayının artmasında önəmli rolu olacağı qeyd olunan nəşrdə Baku-2015-in rəsmi saytının keçid linki verilmişdir. Beləliklə, nəşrin hazırladığı Avropanın ən maraqlı yerlərinin siyahısı aşağıdakı kimidir:
1.Akureyri, İrlandiya
2.Leypsiq, Almaniya
3.Azor adaları, Portuqaliya
4.Malaqa, İspaniya
5.Belqrad, Serbiya
6.Piedmont, İtaliya
7.Bakı, Azərbaycan
8.Amsterdam, Niderland
9.Tromse, Norveç
10.Porto, Portuqaliya