"Ölkəmiz xarici investorlar üçün etibarlı tərəfdaşa çevirib"
28 Sentyabr 15:53
28 Sentyabr 15:53
28 Sentyabr 14:15
28 Sentyabr 13:53
28 Sentyabr 13:24
6 May 2022 19:05
34 664
Şuşada birinci Beynəlxalq Kulinariya Festivalı böyük bayramdır və hər kəs bu hadisəyə sevinir. Bu, bizi bu gün bir yerə toplamış şanlı Zəfərimiz sayəsində mümkün oldu.
Trend-in məlumatına görə, bunu Azərbaycanın Rusiyadakı səfiri, xalq artisti Polad Bülbüloğlu deyib.
"Şəhidlərimizin ruhu şad olsun. Biz hamımız Qarabağda olduğumuz üçün sevinirik. Bu torpaqda hər şey çox gözəldir", - P.Bülbüloğlu deyib.
Qeyd edək ki, Şuşada Heydər Əliyev Fondu və Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə birinci Beynəlxalq Kulinariya Festivalı keçirilir.
Mayın 5-dən 8-dək keçiriləcək festivalda Türkiyə, Rusiya, Almaniya, Avstriya, Çin, Fransa, Gürcüstan, İran, İsrail, İtaliya, Malayziya, Yaponiya, Belçika, Çexiya, Kanada, Cənubi Koreya, Qazaxıstan, Özbəkistan və digər ölkələrdən kulinarlar, beynəlxalq ekspertlər, qida sahəsinin nümayəndələri və blogerlər iştirak edirlər.
28 Sentyabr 11:19
847
28 Sentyabr 10:56
868
25 Sentyabr 17:16
1 652