Xalq artisti yaradıcılıq gecəsinə hazırlaşır Mədəniyyət

Xalq artisti yaradıcılıq gecəsinə hazırlaşır

Dekabrın 21-də Beynəlxalq Muğam Mərkəzində Xalq artisti Sərxan Sərxanın yaradıcılıq gecəsi təşkil olunacaq.

AZƏRTAC xəbər verir ki, gecədə müğənni sevilən lirik kompozisiyaları ilə yanaşı repertuarındakı retro və müəllif mahnılarını, eləcə də Azərbaycanın korifey sənətkarlarının əsərlərindən olan ifaları ilə tamaşaçıların qarşısına çıxacaq.

Qeyd edək ki, musiqidə özünəməxsus dəst-xəti olan Sərxan Sərxan Moskva Konservatoriyası nəzdində musiqi məktəbinin qitara sinfini, həmçinin Qnesinlər adına Musiqi məktəbini vokal üzrə bitirib. Moskva və Azərbaycan Filarmoniyalarında çalışıb, eləcə də bir neçə filmə çəkilib. Həm Azərbaycan, həm də rus dillərində mahnılar təqdim edən müğənninin “Ay gecikən məhəbbətim”, həmçinin “Yalqızam, yalqız”, “Sevgilim” və digər mahnıları dinləyicilər tərəfindən sevilir.