"Ölkəmiz xarici investorlar üçün etibarlı tərəfdaşa çevirib"
28 Sentyabr 15:53
28 Sentyabr 15:53
28 Sentyabr 14:15
28 Sentyabr 13:53
28 Sentyabr 13:24
22 May 2023 11:35
7 455
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti ölkəmizi Özbəkistanda Birinci Beynəlxalq Avrasiya Teatr Festivalında təmsil edir. Mayın 25-dək davam edəcək festivalda teatrının yaradıcı heyəti İsveç dramaturqu Lars Norenin “Müharibə" pyesi əsasında hazırlanmış "Mən gəldim qızlar" tamaşası ilə çıxış edəcək.
Bu barədə AZƏRTAC-a teatrın mətbuat katibi Samirə Əşrəf məlumat verib.
“Əsərdə müharibədə gözləri kor olmuş, amma ümidini itirmədən, ən çətin anlarında belə ailəsini, qızlarını düşünən atanın iki ildən sonra ailəsinin yanına qayıtmasından və gözlənilməz hadisələrlə qarşılaşmasından bəhs olunur. Səhnə əsərində atanın, eləcə də ana və qızlarının həyatına nəzər saldıqda müharibənin gətirdiyi ağrı və acıları, mənəvi sarsıntıları görmək mümkündür. İkihissəli tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Sevinc Həsənova, musiqi tərtibatçısı İradə Muradovadır. Tamaşada əsas rolları Xalq artisti Qurban İsmayılov, Əməkdar artistlər Kəmalə Hüseynova, Rasim Cəfər, aktyorlar Səbinə Məmmədzadə, Zümrüd Quliyeva ifa edirlər. Onu da qeyd etmək istərdim ki, Gənc Tamaşaçılar Teatrının kollektivinin Azərbaycanın bölgələrinə də qastrol səfərləri gözlənilir", - deyə teatrın mətbuat katibi vurğulayıb.
28 Sentyabr 11:19
777
28 Sentyabr 10:56
791
25 Sentyabr 17:16
1 603