Tehran: "Səma ya hamı üçün açıq olmalıdır, ya da heç kim üçün"
25 Sentyabr 16:54
25 Sentyabr 16:54
25 Sentyabr 15:07
25 Sentyabr 14:10
Ceyhun Bayramov Nyu-Yorkda “77-lər qrupu və Çin”in 50-ci nazirlər toplantısında çıxış edib
Prezident İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verib
AIIF 2026: Cənubi Qafqaz-Mərkəzi Asiya əməkdaşlığı mövzusunda panel sessiya keçirilib
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda Orta Dəhliz müzakirə olunub
Metroda şok hadisə: kişi özünü hərəkətdə olan qatarın yoluna atdı
16 Noyabr 2023 17:20
7 000
Noyabrın 15-də Bakı Ekspo Mərkəzində Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə layihəsi olan “Milli mənəvi dəyərlərimizin vətənə qayıdışı” layihəsinin təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Milli Kitabxananın direktoru, professor Kərim Tahirov Azərbaycan xalqına məxsus milli-mənəvi dəyərlərin dünya kitabxanalarında və muzeylərində qorunub saxlanıldığını bildirib. Natiq çıxışında layihənin təqdimatının 2019-cu ildə Heydər Əliyev Fondunun dəstəyi ilə 21 ölkənin nümayəndələrinin iştirakı ilə Milli Kitabxanada keçirildiyini qeyd edib.
Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli çıxışında dahi Azərbaycan şairi Nizami Gəncəvinin dünya kitabxanalarında olan əlyazmalarının faksimilesinin əksəriyyətinin Milli Kitabxananın fondunda olduğunu bildirib və kitabxanaya gələcək fəaliyyəti üçün uğurlar arzulayıb.
Həmçinin “Azərbaycan əlyazmaları dünya kitabxanalarında” elektron məlumat bazası qonaqlara təqdim edilib. Təqdimat zamanı Nizami Gəncəvinin, Nəsrəddin Tusinin, İmadəddin Nəsiminin, Məhəmməd Füzulinin və digər ədiblərin dünya və Azərbaycan kitabxanalarında mühafizə olunan əlyazmaları haqqında məlumat verilib.
25 Sentyabr 17:16
560
25 Sentyabr 12:00
1 057
24 Sentyabr 22:46
861