Azərbaycan və Qazaxıstan Ali məhkəmələri arasında memorandum imzalanıb
Azərbaycanın Omandakı səfirliyinin binasının rəsmi açılış mərasimi olub
Azərbaycanla Türkiyə arasında sığorta sektoru üzrə Anlaşma Memorandumu imzalanıb
Azərbaycan səfirliyi Montoneqroda iğtişaşları diqqətlə izləyir, zəruri tədbirlər görür
Azərbaycan və Belarusun Baş nazirlərinin müavinləri Ağdamda tikinti işləri ilə tanış olublar
17 Noyabr 2023 12:15
5 047
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə noyabrın 27-dən dekabrın 3-dək “Yaradıcı Həftə” təşkil ediləcək.
AZƏRTAC xəbər verir ki, Yaradıcılıq layihəsi Prezident İlham Əliyevin 22 iyul 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrası ilə bağlı həyata keçiriləcək.
Layihənin məqsədi mədəniyyət və yaradıcı sənayelərin vahid sahə kimi formalaşmasının və bazar iştirakçılarının fəaliyyətinin dəstəklənməsi, o cümlədən sahəvi klasterləşmənin təşviqidir.
Müvafiq dövlət qurumlarının rəhbərləri, yaradıcı sektorun təmsilçiləri, onlarla beynəlxalq və yerli təşkilatın nümayəndələri, yüzlərlə yaradıcı şəxs, şirkətlər və ictimai birliklərin iştirakı ilə təşkil olunan bu həftə çərçivəsində “Mədəniyyət və Yaradıcı Sənayelər Forumu” keçiriləcək, ölkəmizdə ilk dəfə “Musiqi Sənayesi Platforması”nın yaradılması istiqamətində addımlar atılacaq.
Eyni zamanda, “Yaradıcı Həftə”də kreativ məhsulların sərgisi, hakatonlar, yaradıcı diskussiyalar, müsabiqələr, festivallar, təqdimatlar və digər tədbirlərin keçirilməsi planlaşdırılır.