Cabbar Qaryağdıoğluna həsr olunmuş “Xalqın mədəni sərvəti” layihəsi davam edir Mədəniyyət

Cabbar Qaryağdıoğluna həsr olunmuş “Xalqın mədəni sərvəti” layihəsi davam edir

Mədəniyyət Nazirliyinin dəstəyi, Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi və Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə ‘’Xalqın mədəni sərvəti’’ layihəsinin ikinci günü Mingəçevir Dövlət Dram Teatrında maraqlı proqramla davam edib.

Filarmoniyadan AZƏRTAC-a bildirilib ki, görkəmli xanəndə Cabbar Qaryağdıoğlunun əziz xatirəsinə həsr olunmuş konsertdə Mingəçevir şəhər musiqi məktəblərinin, Kürdəmir, Ucar, Zərdab və Göyçay şəhər Uşaq İncəsənət məktəblərinin şagirdləri iştirak ediblər. Konsert zamanı xalq mahnıları, muğam və təsniflər səsləndirilib.