11:49
357
İran-Ukrayna qarşıdurmasının yeni mərhələyə keçə biləcəyi ilə bağlı kifayət qədər səbəblər var və bu ehtimallar arasında yer alan məsələdir. Bunun əsas səbəbi son vaxtlar Ukraynanın Xəzər dənizində Rusiyaya aid hərbi yük gəmilərinə və İranla bağlı hədəflərə uzaqmənzilli zərbələr endirdiyini açıqlaması, İranın isə buna sərt reaksiya verməsi ilə bağlıdır.
Bunu xalqcebhesi.az-a politoloq Çingiz Şahbazi deyib.
"Tehran Ukraynanın diplomatik nümayəndəsini XİN-ə çağırıb və cavab tədbirləri görəcəyini bəyan edib. Texniki baxımdan İran bunu edə bilər. Tehran -Kiyev arasında məsafə təxminən 1800-2000 km-dir. İranın hərbi arsenalında bu məsafəni qət edə biləcək ballistik raketlər və qanadlı raketlər var. Həmçinin uzaqmənzilli PUA-ların da olduğu da bildirilir. Bu səbəbdən texniki baxımdan İran Kiyevə zərbələr həyata keçirə bilər. Ancaq hərbi imkanların olması, belə bir hücumun mütləq ediləcəyi anlamına gəlməməlidir. Çünki, İranın bu addımı Ukrayna müharibəsinə birbaşa tərəf kimi daxil olması anlamına gələr və bu indiki vaxtda onsuz da kritik durumda olan İran üçün əlavə problemlər meydana çıxara bilər" - politoloq qeyd edib.
Ç.Şahbazinin fikrincə, Avropa ölkələri və NATO ilə gərginliyi kəskin artırar. Sanksiyalar daha çoxala bilər və beynəlxalq təcrid riski ehtimalı yüksələr. Ukrayna tərəfindən İran hərbi obyektlərinə və Rusiya-İran logistika xəttinə cavab zərbələrinin genişləndirilməsinə səbəb ola bilər. Digər tərəfdən İran Ukrayna arasında müharibə baş verərsə, bu Rusiya-Ukrayna müharibəsinin Yaxın Şərq böhranı ilə faktiki birləşməsi deməkdir. Bu da dünya müharibəsinin başlanması istiqamətində ehtimalları yenidən gündəmə gətirir.
Cavid