Azneft İB: Küləkli hava şəraiti ilə əlaqədar təhlükəsizlik tədbirləri gücləndirilib
Binəqədi-Novxanı-Mehdiabad yolunda obyektdə yanğın baş verib
İsrail ordusu İordaniya sərhədində iki PUA-nı vurduğunu bildirib
“Turan coğrafiyası Avropa ilə Asiyanı birləşdirən böyük iqtisadi məkan potensialına malikdir"
11:21
399
2026-cı ilin yanvar-iyun aylarında funksional təsnifata uyğun olaraq müdafiə və milli təhlükəsizlik xərcləri 3 milyard 437,4 milyon manat təşkil edib.
Bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.
Bundan əlavə, iqtisadi fəaliyyət xərcləri 2 milyard 578 milyon manat, təhsil xərcləri 2 milyard 400,1 milyon manat, sosial müdafiə və sosial təminat xərcləri 2 milyard 359,8 milyon manat, ümumi dövlət xidmətləri xərcləri 2 milyard 339,5 milyon manat, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq bölməsi üzrə xərcləri 1 milyard 403,7 milyon manat, əsas bölmələrə aid edilməyən xidmətlər bölməsi üzrə xərcləri 669,4 milyon manat, səhiyyə xərcləri 591,6 milyon manat, kənd təsərrüfatı xərcləri 527,3 milyon manat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərcləri 217,9 milyon manat, ətraf mühitin mühafizəsi xərcləri 147 milyon manat, mənzil və kommunal təsərrüfatı xərcləri 103,8 milyon manat təşkil edib.
Eyni zamanda, bu ilin altı ayında dövlət büdcəsi xərclərinin 52,4 faizi və ya 8 milyard 787,1 milyon manatı sosialyönlü xərclərin (büdcə xərclərinin əməyin ödənişi fondu, qida məhsullarının alınması, təqaüd və sosial müavinətlər, dərman, sarğı ləvazimatları və materiallarının alınması, icbari tibbi sığorta üzrə xərclər) maliyyələşdirilməsinə yönəldilib ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 951,3 milyon manat və ya 12,1 faiz çoxdur.