Yaponiyada radioaktiv su sızması baş verib
23 Dekabr 16:18
23 Dekabr 16:18
23 Dekabr 12:49
23 Dekabr 11:39
13 İyun 2024 16:55
7 462
Azərbaycan Yazıçılar Birliyində (AYB) alim-yazıçı Sadıq Qarayevin 50 illik yubileyi ilə əlaqədar tədbir keçirilib.
AYB-dən AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən natiqlər yazıçının ömür yolu, elmi tədqiqatları, bədii yaradıcılıq və ictimai fəaliyyətindən söhbət açıblar.
Qeyd olunub ki, Sadıq Qarayev yazıçı və ictimai xadim olaraq fəal vətəndaşlıq mövqeyi ilə seçilir və öz əsərlərində azərbaycançılıq məfkurəsi, milli dövlətçilik ideyalarının təbliğinə önəm verir. Bildirilib ki, S.Qarayev “Sahilsiz təzadlar”, “Sahibsiz kölgələr”, “N” saylı qəhrəmanlıq” adlı irihəcmli elmi-fəlsəfi, tarixi romanların, eləcə də, hekayə, esse və publisistik yazılardan ibarət “Sarvansız zamanlar”, “Azərbaycançılıq məfkurəsi” kitablarının, yerli və xarici mətbuatda dərc olunmuş 60-a yaxın elmi məqalənin müəllifidir.
Tədbirdə şəxsiyyətin özünütəsdiqi, toplum və təbiət hadisələrinin qarşılıqlı bağlantısı, bəşəri qayğılar fonunda milli dəyərlərin qorunması, zənginləşdirilməsinin dolğun təsvir edildiyi “Sahilsiz təzadlar” romanı, “Orbitlər və universal mövcudluq nəzəriyyələri” adlı elmi ideyaların müddəaları obrazlı vasitələrlə oxucuya çatdırılan, azərbaycanlı çekistlərin vətənpərvərlik və peşəkarlıqla xidmətini əks etdirən ilk iri həcmli “Sahibsiz kölgələr” romanı, tarixi Zəfərimizə həsr edilmiş ilk elmi-fəlsəfi, sənədli-publisist, “N” saylı qəhrəmanlıq” tarixi romanı, hekayə, esse və publisistik yazılardan ibarət “Sarvansız zamanlar” və “Azərbaycançılıq məfkurəsi” kitabları ətrafında elmi, ədəbi təhlillər və müzakirələr aparılıb. Müəllifin müstəqillik dövrü Azərbaycan ədəbiyyatında elmi idrakla bədii təfəkkürün birliyi əsasında yazılmış əsərləri ilə seçildiyi vurğulanıb.
Sonda Sadıq Qarayevə Azərbaycan Milli Elmlər Akademiyasının Azad Həmkarlar İttifaqının fəxri fərmanı və AYB-nin fəxri diplomu təqdim olunub. Həmçinin Milli Məclisin Mədəniyyət Komitəsinin təbrik məktubu oxunub.
23 Dekabr 16:55
1 029
22 Dekabr 16:46
1 589
22 Dekabr 11:31
1 666
- FOTO
- FOTO