“Ulduz”u almağa tələsin... Mədəniyyət

“Ulduz”u almağa tələsin...

Nəfis tərtibatlı "Ulduz" jurnalının yeni sayı bu gündən etibarən satışda olacaq

Qulu Ağsəsin baş redaktorluğu ilə "Ulduz" jurnalının ilk sayı çap olunub. Jurnalda "İsa Hüseynov və Muğanna", Çingiz Əlioğlunun silsilə şeirləri, Mirzə Cəlilin ev muzeyindən reportaj, Slovakiya şairlərindən tərcümələr və digər yazılar təqdim olunub.
Jurnalın bu sayında yeni bir layihə - gənc şairə Könül Həsənqulunun "Dərgidə kitab"ı da yer alıb.
Nəfis tərtibatlı "Ulduz" jurnalının yeni sayı mayın 1-dən etibarən satışda olacaq.
"Ulduz"u almağa tələsin, ədəbiyyatımıza dəstək olun!