13 Sentyabr 2024 10:03
9 093
Builki "Nobel" həftəsinin başlayacağı tarix dəqiqləşib.
APA xəbər verir ki, bu barədə mükafatın rəsmi saytında bildirilib.
Qeyd edilib ki, "Nobel" laureatları 7-14 oktyabr tarixlərində elan olunacaq.
Bildirilib ki, oktyabrın 7-i tibb, 8-i fizika, 9-u kimya, 10-u ədəbiyyat, 11-i sülh, 14-ü isə iqtisadiyyat üzrə “Nobel” mükafatı laureatları elan olunacaq.
Qeyd edək ki, laureatların elanı mükafatın rəsmi saytında və sosial media hesablarında canlı yayımlanacaq.
23 Mart 22:02
1 925
23 Mart 17:27
1 953
19 Mart 12:00
3 073