“Forum maraqlı bir platfomaya çevrilir” Mədəniyyət

“Forum maraqlı bir platfomaya çevrilir”

Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun həmtəşikaltçılarının sayı artmaqdadır.
Bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna həsr olunmuş mətbuat konfransında deyib.
Nazirin sözlərinə görə, bu onu göstərir ki, forum bəşəri bir prosesə çevrilir və dünyada daha böyük nüfuz qazanır:"Bu ildən etibarən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) da forumun həmtəşkilatçısı qismində iştirak edir. Göründüyü kimi Azərbaycanın bu təşəbbüsü beynəlxalq təşkilatlar tərəfindən dəstəklənir. Bu ilki forum əvvəlki forumlara nisbətən fərqlənir. Bizim mütəmadi görüşdüyümüz və müzakirələr apardığımız beyin mərkəzi bu təşəbbüsün daha geniş auditoriyanı əhatə etməsi təklifini irəli sürdü və bu təşəbbüs dəstəkləndi.
Bu il forum çərçivəsində beynəlxalq təşkilatların yüksək səviyyəli görüşünün keçkirilməsi nəzərdə tutulur. Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da bu toplantıya qoşulacaq. Bu toplantı yenilikdir. Eyni zamanda FAO-nun bu foruma qoşulması, FAO-nun xoşməramlı səfiri Leyla xanım Əliyevanın da iştirakı və çıxışı cəmiyyət üçün böyük maraq kəsb edəcək. Forum çərçivəsində müxtəlif ölkələrin parlament üzvlərinin bir araya gətirilməsi nəzərdə tutulur ki, bu da bir yenilikdir. Bir sözlə bu təşəbbüslər keçən illərə nisbətən yenilik təşkil edir. 2011-ci ildə keçirilən birinci forumda 40-a qədər ölkə iştirak etmişdi. Bu ilki forumda 120-dən çox ölkədən nümayəndələr, 50-ə qədər beynəlxalq qurumların nümayəndələri, 50-ə qədər QHT-lərin nümayəndələrinin iştirakı nəzərdə tutulur. Yəni bu amillər deməyə əsas verir ki, bu forum beynəlxalq qurumların, QHT-lərin, dövlət rəhbərlərinin diqqətini cəlb edir. Forum maraqlı bir platfomaya çevrilir".