İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
16 Aprel 2025 14:13
5 005
Beynəlxalq Muğam Mərkəzində Əməkdar artist, kamança ifaçısı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Toğrul Əsədullayevə həsr olunmuş "Kamançanın sehri" adlı solo konsert təqdim edilib.
AZƏRTAC xəbər verir ki, konsert akademik Rafael Hüseynovun müəllifi olduğu “Axşam görüşləri” radio verilişinin Toğrul Əsədullayevə həsr olunan buraxılışının təqdimatı ilə başlanıb. Tədbir zamanı peşəkar ifaçıya həsr olunan filmdən bir hissə nümayiş edilib.
Konsertdə hər bir ifanın əhvali-ruhiyyəsinə, musiqinin ladına uyğun poeziya nümunələri səslənib. Bədii qiraətçi Xəzər Süleymanlının təqdimatında notlarla həmahəng şeirlər gecəyə xüsusi rəng qatıb.
Proqramda Fikrət Əmirov, Hacı Xanməmmədov, Cahangir Cahangirov, Rauf Hacıyev və digər görkəmli bəstəkarların əsərləri ilə yanaşı, caz improvizələr də səsləndirilib.
Tədbir çərçivəsində ifaçının atası, Əməkdar artist, tanınmış kamança ifaçısı Mirnazim Əsədullayev çıxış edərək qonaqları salamlayıb.
Həsən Rzayevin “Çahargah rapsodiyası” ilə yekunlaşan konsertin sonunda Toğrul Əsədullayev çıxış edərək tədbirin təşkilatçılarına və dəstək olanlara təşəkkür edib.
25 Mart 16:21
1 281
23 Mart 22:02
2 667
23 Mart 17:27
2 940