Bəhreyn DİN təhlükəsizlik təhdidi barədə xəbərdarlıq edib Dünya

Bəhreyn DİN təhlükəsizlik təhdidi barədə xəbərdarlıq edib

Bəhreynin Daxili İşlər Nazirliyi ölkədə təhlükəsizlik təhdidi yarandığını elan edərək vətəndaşları və sakinləri təcili sığınacaqlara üz tutmağa çağırıb.

Xalqcebhesi.az xəbər verir ki, qurum təhdidin detallarını açıqlamasa da, insanlardan sakitliyi qorumağı və rəsmi məlumatları izləməyi xahiş edib.

Xatırladaq ki, noyabrın 15-də Bəhreynin HHM qüvvələri İranın hava hücumunu dəf etmiş, bundan sonra ABŞ-nin Manamadakı səfirliyi öz vətəndaşlarına İran və husilər tərəfindən yeni hücum təhlükəsi barədə xəbərdarlıq etmişdi.

Məryəm Quliyeva