Fədayə Laçın: “Tacir yazıq adamdı” Mədəniyyət

Fədayə Laçın: “Tacir yazıq adamdı”

Tacirə sual veriblər o danışıb. Yazıq adamdı. Özü mənə zəng edib, bu barədə dedi

Müğənni Fədayə Laçın Tacir Şahmaroğlunun onunla 6 illik qadın-kişi münasibəti ilə bağlı açıqlamasına Movqe.az vasitəsilə aydınlıq gətirib. Bu barədə danışan xanım sənətçi Tacir Şahmalıoğlua belə cavab verib: "Tacirə sual veriblər o danışıb. Yazıq adamdı. Özü mənə zəng edib, bu barədə dedi. Dedi ki, sonra başqa yerdən eşidib, məni başqa cür başa düşərsən. Jurnalist sual verib, Tacir də caş-baş qalıb. Həm də Tacir dedi ki, o verlişdə yalan danışmaq olmazmış. Ona görə səhvən açıb, deyib. Amma bizim münasibətimiz təkcə onun dediyi kimi, kişi-qadın münasibəti olmayıb. Sevgi olmasaydı 6 illik kişi-qadın münasibəti ola bilməzdi axı. Təkcə kişi-qadın münasibəti ilə hər şey bitmir. Mənim indi 19 yaşlı oğlum var. Bir dəfə ailəli olub, boşanmışam. Oğlumun bir yaşı var idi, mən həyat yoldaşımdan boşandım. Amma bu boşanmaya səbəb Tacir deyildi. Tacirin də indi ailəsi var, mənim də böyük oğlum var. Mən heç vaxt belə şəxsi məsələlərlə gündəmə gəlməmişəm. Heç bundan sonra da gəlmək istəməzdim".