Tramp Ukrayna üzrə sülh danışıqlarında əhəmiyyətli irəliləyiş olduğunu bildirib Gündəm

Tramp Ukrayna üzrə sülh danışıqlarında əhəmiyyətli irəliləyiş olduğunu bildirib

ABŞ Prezidenti Donald Tramp Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı danışıqlarda əhəmiyyətli irəliləyişin əldə olunduğunu bəyan edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə o, "Truth Social" sosial şəbəkəsindəki hesabında yazıb.

"Mən Rusiya ilə Ukrayna arasındakı müharibədə sülh danışıqları aparıram və Rusiyanı danışıqlar masasından uzaqlaşdıracaq heç nə etmək istəmirəm. Əhəmiyyətli irəliləyiş əldə olunub, o cümlədən girovların azad edilməsi üzrə cari danışıqlarda da", - deyə Tramp qeyd edib.

Məryəm Quliyeva