12 Noyabr 16:44
12 Noyabr 16:37
9 Sentyabr 2019 15:20
3 010
Haaqa şəhərində “Səfirliklər Festivalı” keçirilib.
Festivalda ölkəmiz ayrıca pavilyonla təmsil olunub. Pavilyonda Azərbaycan mətbəxinin ən dadlı təamları və içkiləri ziyarətçilərə nümayiş olunub, Azərbaycan musiqiləri səsləndirilib, eləcə də pavilyon vasitəsilə Azərbaycan mədəniyyəti, incəsənəti və turizmi ilə bağlı ətraflı məlumat verilib.
30 minə yaxın şəxsin ziyarət etdiyi festivalda Azərbaycan pavilyonu xüsusi diqqət çəkib. Ziyarətçilər ölkəmizin istehsalı olan məhsullar və Azərbaycan kulinariya incilərinə olan heyranlıqlarını bildirib və mədəniyyətimizlə daha yaxından tanışlıqda maraqlı olduqlarını ifadə ediblər.
12 Noyabr 12:36
868
12 Noyabr 11:32
910
11 Noyabr 14:57
3 801