Nəsiminin 650 illik yubileyi Malayziyada qeyd edilib Mədəniyyət
- 25 Noyabr 2019 16:35
- 3 129
Noyabrın 25-də Azərbaycanın Malayziyadakı səfirliyinin təşəbbüsü və təşkilatçılığı, Malayziyanın Selangor ştatının Petalinq Caya Şəhər Şurasının dəstəyi ilə Azərbaycanın dahi şairi Nəsiminin 650 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
“Tarix, ədəbiyyat və mədəniyyət” adlı tədbir Malayziyanın ən böyük kitab fonduna malik “Perpustakaan komuniti” adlı xalq kitabxanasında təşkil olunub.
Tədbirdən əvvəl Azərbaycanın Malayziyadakı səfiri Qaley Allahverdiyev Petalinq Caya Şəhər Şurasının sədri Dato Mohd Sayuthi Bin Bakar ilə şəhər bələdiyyəsinin binasında görüşüb.
Qonaqpərvərliyə görə şəhər şurasının sədrinə təşəkkür edən Q.Allahverdiyev, dahi şair Nəsiminin Azərbaycan ədəbiyyatındakı tarixi yeri barədə danışıb, ölkəmizdə və xaricdə bu məqsədlə keçirilən yubiley tədbirlərindən bəhs edib. Səfir Azərbaycan Prezidenti İlham Əliyevin 2018-ci il 15 noyabr tarixli Sərəncamına uyğun olaraq belə təbirlərdən birinin Malayziyada təşkilini Azərbaycan və Malayziya xalqları arasında qarşılıqlı etimada və hörmətə əsaslanan münasibətlərindən irəli gəldiyini vurğulayıb.
Şura sədri Dato Mohd Sayuthi Bin Bakar belə nəcib təşəbbüsə ev sahibliyi etməkdən qürur duyduğunu, tədbirin malayziyalı ədəbiyyatsevərlər üçün yaddaqalan hadisə olacağını bildirib. Görüş zamanı həmçinin Petalinq-Caya və Azərbaycan şəhərləri arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.
Sonra “Perpustakaan komuniti” kitabxanasında yubiley tədbiri keçirilib. Açılış nitqi ilə tədbir iştirakçılarını salamlayan səfir Q.Allahverdiyev əvvəlcə ölkəmizin tarixi-mədəni irsi barədə məlumat verib. Azərbaycanın klassik poeziyasında ölməz şair Nəsiminin formalaşdırdığı ədəbi məktəbin əsas xüsusiyyətlərindən bəhs edib.
Azərbaycanın malayziyalı dostlarından dilçilik üzrə tədqiqatçı xanım Masliza Ab Hadinin dahi şairdən ingilis dilində səsləndirdiyi və malay dilində izahını verdiyi qəzəllər qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.
Çıxışlardan sonra Azərbaycan mədəniyyətinə dair videoçarxlar nümayiş etdirilib.
Kitabxananın direktoru xanım Ainul Farhiah Binti Abdul Vahaba və kitabxananın əməkdaşlarına təşəkkür edən səfir Q.Allahverdiyev kitabxanaya çoxsaylı ədəbiyyat, o cümlədən İmadəddin Nəsimi külliyyatından nüsxələr, ulu öndər Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyevin dövlətçilik fəaliyyəti barədə səfirliyimiz tərəfindən dərc edilən kitablar, habelə ölkəmiz barədə ədəbi, mədəni və tarixi mövzulu nəşrlər, jurnal və digər çap məhsulları hədiyyə edib.
- 28 Mart 18:28
- 749
- 28 Mart 14:21
- 819
- 28 Mart 14:21
- 854
-
25 il əvvəl terror aktından sağ çıxan bacılar "Crocus City Hall"da həlak oldular
-
Aİ Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin üzvləri Azərbaycana səfər edəcək
-
Şuşa İƏT Gənclər Paytaxtı - 2024” çərçivəsində müxtəlif tədbirlər keçiriləcək - Fərid Qayıbov
-
Azərbaycan millisi öz komandamızdır - “Spartak”ın sabiq futbolçusu
-
Şuşanın İƏT Gənclər Paytaxtı olması böyük əhəmiyyət daşıyır - Taha Ayhan
-
Əməkdar artist Rahib Əliyev vəfat edib
-
Azərbaycanda icbari sığorta üzrə daxilolmalar azalıb
-
Beynəlxalq turizm portalı Azərbaycanla bağlı yazı dərc edib
-
Taksilərə qoyulmuş tələblər qanunvericilikdə bu günə qədər var idi - RƏSMİ
-
Mingəçevirdə yataqxana binasında yanğın: sakinlər təxliyə edilib - VİDEO
-
Azərbaycanın sığorta bazarı son bir ildə ARTIB
-
Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq
-
Taksilərdə POS-terminal olmalıdır - Yeni TƏLƏB
-
Bu avtomobillər taksidə istifadə oluna bilməz - Yeni QƏRAR
-
CAR lideri Prezident İlham Əliyevi təbrik edib
-
Azərbaycanda gömrük borcunun bank hesabına ödənilməsi qaydası dəyişib
-
Müntəzəm sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin rənglərinə dair tələb müəyyənləşdi
-
“Stadiumda bir oturacaq mənim haqqımdır” kompaniyasına start verilib
-
Qərbdən sülhlə bağlı qərəzsiz və ədalətli həll gözləmək mümkün deyil - Türkiyəli ekspert
-
Taksilər ağ və qırmızı rəngdə olmalıdır - QƏRAR
-
Taksi minik avtomobilinə dair tələblər müəyyənləşib
-
“O, erməni lobbisinin tapşırığı ilə hərəkətə keçir”
-
Bakı şəhərətrafı dəmiryol nəqliyyatı ilə sərnişindaşıma fəaliyyəti üzrə subsidiya veriləcək
-
Azərbaycanda idxal gömrük rüsumuna cəlb olunan malların sayı ARTIRILIB
-
Bayram günlərində 39 yol qəzası olub, 7 nəfər ölüb
-
“Paşinyanın ilk işi Şahramanyanı həbsə atmaqdır”
-
Peşə ixtisasını təsdiq edən sənədin verilməsi qaydası dəyişdirilib
-
Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı
-
Şolts: NATO-Rusiya müharibəsinin olmaması üçün əlimdən gələni edəcəyəm
-
Bakıda ucuz avtomobillər satışa çıxarılacaq - BU TARİXDƏ
-
Azərbaycanda bank AMB-nin tələblərini pozdu
-
“Qərəz bülbülü” Solovyovun antiazərbaycan “cəhcəhi”
-
Azərbaycan Türkiyəyə ən çox boru qazı ixrac edən 3 ölkə siyahısına daxil olub
-
KİV: İsrail nümayəndə heyəti gələn həftə Vaşinqtona yola düşəcək
-
“Müştərək konfrans sülh prosesinə zərbə vura bilər”
-
Ödənişli yollara görə ödənilən vəsaitin bölgüsü qaydası hazırlanacaq
-
“Azərbycanla Ermənistan arasında sülh istiqamətində mühüm addımlar atılır”
-
Təbriz bazarında kafe restoranların fəaliyyət icazəsi ləğv edilib
-
Prezident İlham Əliyev avtomobil yolları ilə bağlı fərmanda dəyişiklik etdi
-
“Görüş hərbi paktın əldə edilmə riski daşıyır”
-
“Vaşinqton və Brüssel başa düşməlidir ki...”
-
“İran rejimi Azərbaycan türklərini respublikanın siyasətlərindən kənarlaşdırmaq istəyir” iranşünas mütəxəssis
-
“Mərkəzi Bankın son qərarı kredit faizlərində ciddi dəyişikliyə səbəb olmayacaq”
-
Kreml hazırda “Crocus City Hall”un bərpasını müzakirə etmir - Peskov
-
Qərbin ERMƏNİSTAN ÜÇÜN yeni “vudro vilSON” PLANI
-
“Crocus City Hall”da bağlı qapılar təxliyə üçün nəzərdə tutulmayıb - Emin Ağalarov
-
“Bu, Mərkəzi Bankın mövcud fəaliyyəti ilə bağlı deyil”
-
“Mərkəzi Bank faiz dəhlizinin aşağı həddini dəyişdirilməməklə...”
-
“Burada iki mühüm məsələ diqqəti çəkir”
-
Şadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR
-
YAP Xətai rayon təşkilatının ərazi partiya təşkilatlarında görüşlər davam edir - FOTO
-
Bakıda bu evlər bahalaşıb
-
Rusiyada terror aktından zərərçəkənlərə dəstək məqsədilə Müslüm Maqomayevin mahnılarından ibarət albom buraxılıb
-
Rostropoviçlərin ev-muzeyində klassik musiqi konserti - “Bir ömrün simfoniyası”
-
ABŞ "Crocus City Hall"dakı terror aktına dair bütün məlumatları Rusiyaya ötürməyib - KİV
-
Urmu gölü ətrafında yenidən duz fırtınaları yüksəlib
-
Dünyada ərzaqların 17 faizi tullantıya çevrilir - BMT
-
Orta Dəhliz üzrə daşımaların həcmi 10 milyon tona çata bilər - Tokayev
-
Muzdlu kölənin arzuları: Rasmussen yeni müharibə istəyir
-
ABŞ Azərbaycanın COP29-a sədrliyini qətiyyətlə dəstəkləyir - Ceffri Payet