18 İyun 16:16
30 Aprel 2020 10:46
12 663
Hindistanın tanınmış aktyoru Rişi Kapur vəfat edib.
APA-nın xəbərinə görə, NDTV telekanatının məlumatında bildirilir ki, R. Kapur 68 yaşında Mumbai şəhərindəki klinikalardan birində xərçəngdən dünyasını dəyişib.
Bollivudun məşhur aktyorlarından olan Rişi Kapur görkəmli aktyor və rejissor Rac Kapurun oğludur.
Rişi Kapura uğuru baş rolda çəkildiyi “Bobbi” filmi (1973) qazandırıb. Filmin rejissoru atası Rac Kapur olub. Həmin il Rişi Kapur Hindistanda ilin aktyoru seçilib.
Bundan başqa, onun çəkildiyi “Qisasçı”, “Ömər, Əkbər, Antoni”, “Məhəbbət xəstəliyi” və digər filmlər dünyada, xüsusən də keçmiş SSRİ məkanında çox sevilib.
18 İyun 08:08
1 463
17 İyun 23:58
1 610
17 İyun 16:32
1 736