Tramp: ABŞ İrandakı əməliyyatı 70-75% tamamlayıb
15 May 16:37
10 İyun 2020 16:01
18 753.jpg)
Füzuli Dövlət Dram Teatrında pandemiya və karantin rejimi ilə bağlı üç aya yaxın fasilə verilən yaradıcılıq işi bərpa olunub. Sosial məsafənin gözlənilməsi ilə teatrda məşqlər başlanıb. Hazırda teatrda Ağalar Mehdiyevin “Oyun” tamaşasının məşqləri keçirilir. Tamaşanın quruluşçu rejissoru Əli Hüseynov, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Sənan Sevindikzadədir. Rollarda İntizar Quliyeva, Sehran Xanlarov, Aygün Cəfərova, Ayşən Gülmalıyeva, Emin Abışov, Nicat Süleymanzadə və başqaları çıxış edir.
Qeyd edək ki, teatr koronavirus pandemiyası ilə əlaqədar elan olunmuş karantin günlərində Mədəniyyət Nazirliyinin tövsiyəsi əsasında özünün “Facebook” səhifəsində virtual tamaşalar da nümayiş etdirir.
15 May 17:01
1 554
15 May 10:57
1 582
15 May 09:08
1 652