“İçəri Şəhər” filminin çəkilişlərinə start verildi Mədəniyyət

“İçəri Şəhər” filminin çəkilişlərinə start verildi

Yeni ekran əsərinin çəkilişləri Bakı və Zaqatalada aparılacaq

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında "İçəri Şəhər" adlı tammetrajlı bədii filmin çəkilişlərinə başlanılıb. Kinostudiyadan Lent.az-a verilən məlumata görə, psixoloji dram janrında olan filmin ssenari müəllifləri Təhminə Rafaella və İlqar Safat, quruluşçu rejissoru İlqar Safat, quruluşçu operatoru Luca Coassin (İtaliya), quruluşçu rəssamı Bütünay Haqverdiyev, icraçı prodüseri Ülvi Qasımov, prodüseri Müşfiq Hətəmovdur. Yeni ekran əsərinin çəkilişləri Bakı və Zaqatalada aparılacaq.
Gənc qızın Qarabağ müharibəsi veteranına olan sevgisindən bəhs edən filmdə baş rolları Təhminə Rafaella, Firdovsi Atakişiyev, Mehriban Zəki və Elmira Şabanova canlandıracaqlar.