Azərbaycanlı modellər türk serialında rol alacaq Mədəniyyət

Azərbaycanlı modellər türk serialında rol alacaq

Türkiyədə yaşayan azərbaycanlı modellər barışaraq, özlərini aktyor kimi sınayacaqlar

Axar.az türk mediasına istinadən xəbər verir ki, azərbaycanlı modellər Azər Atakişiyev və Günay Musayeva özlərini türkiyə şou-biznesində kinoaktyor kimi sınaya biləcəklər. Lakin Günay Musayeva türk rejissorların rəhbərliyi ilə çəkilən serialda yer alsa da, Azər Atakişiyev üçün hələ ki bu təklif qüvvəyə minməyib.
Qeyd edək ki, Best-model yarışmasının qalibləri olan Azər Atakişiyev və Günay Musayeva uzun müddətdir ki, bir-biri ilə yola getmirdilər. Son zamanlar isə Günay Musayevanın ərindən boşanacağı ilə bağlı növbəti dəfə yaydığı xəbərdən sonra, köhnə dostlar yenidən bir araya gəliblər.
Xatırladaq ki, Günay Musayeva məşhur türkiyəli müğənni-aktyor Tolqa Karelin ("Yapraq dokumu" serialında Oğuz) həyat yoldaşıdır və bu nikahdan onların bir oğlan övladı var. Günay Musayevanın dəfələrlə xəyanət üstündə ərindən boşanacağı xəbəri yayılsa da, cütlük hələ də bərabərdir və hətta məşhur "survivor" yarışmasından sonra Günay xanım ərinin yarışmadan qayıtması münasibəti ilə böyük ziyafət təşkil edərək bütün media işçilərini bir araya toplamışdı.