İTV-dən təkzib Mədəniyyət

İTV-dən təkzib

"Azərbaycanı Makedoniya ifaçısı təmsil etməyəcək"

Twitter sosial şəbəkəsində yayılan xəbərlərə görə, Azərbaycanı Daniel Kaimazanov təmsil edəcək. Daniel Kaimazanovun əslən Makedoniyadan olduğu bildirilir.
Sosial şəbəkədə Kaimazanovun - "Makedoniya, məni bağışla. Bu il Azərbaycan üçün oxuyacam"- sözləri yazılmış posterlə fotoları yayımlanıb. .
Qeyd edək ki, 2015-ci ildə "Eurovision" mahnı müsabiqəsi Konçittanın qələbə gətirdiyi Avstriyada keçiriləcək.
Lakin İTV xəbəri təkzib edib. İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə Azərbaycanı "Eurovision 2015" mahnı müsabiqəsində Makedoniya ifaçısı təmsil etməyəcək.
Məlumatda deyilir ki, bəzi kütləvi informasiya vasitələrində Azərbaycanı "Eurovision-2015" mahnı müsabiqəsində Makedoniya ifaçısının təmsil edəcəyi barədə yayılmış xəbərlər həqiqətəuyğun deyil.
İTV bəyan edir ki, hazırda "Eurovision 2015" mahnı müsabiqəsinə hazırlıq prosesi gedir və Azərbaycanı təmsil edəcək ifaçı hələ müəyyənləşdirilməyib.