“Azərbaycan dövləti öz milli qərarvermə modelini qoruyub”
1 Noyabr 12:48
1 Noyabr 12:48
31 Oktyabr 17:08
31 Oktyabr 16:39
Deputat da hökumət qədər məsuliyyət daşıyır - Qüdrət Həsənquliyevdən SENSASİON açıqlamalar
Milli Məclisin sədri Sahibə Qafarova Böyük Misir Muzeyinin açılış mərasimində iştirak edib -FOTO
Ukraynanın Odessa vilayətinə dron hücumu olub, iki nəfər ölüb, bir yaralı var
Baydenin müşaviri onun seçkilərdən geri çəkilməsinin əsas səbəbini açıqlayıb
ABŞ beynəlxalq sularda narkoterroçularun qayığını məhv ediblər, ölənlər var
18 Sentyabr 2021 14:09
29 631
Keçən il bu vaxt yuxumuza da girməzdi ki, bir ildən sonra Şuşada Bülbülün ev-muzeyini bərpa edəcəyik, Üzeyir Hacıbəylinin abidəsi yenidən qoyulacaq, Şuşada yüksək səviyyəli tədbirlər keçiriləcək. Mən çox şadam ki, musiqiçi dostlarım, bəstəkarlar, musiqişünaslar bu gün Şuşaya gəliblər. Bu, böyük bayramdır.
Bu sözləri sentyabrın 18-də jurnalistlərə açıqlamasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalında iştirak etmək üçün Şuşaya gələn Xalq artisti, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu söyləyib.
Şuşaya səfər zamanı Bülbülün ev-muzeyinə də baş çəkən P.Bülbüloğlu deyib: “Bu evdə hər şey dağıdılmış, sındırılmış, pəncərələr, qapılar, bütün eksponatlar oğurlanmışdı. Evin iki divarı da çökmüşdü. Tale elə gətirdi ki, mən bura 2007-ci və 2019-cu illərdə gəlmişdim. 2007-ci ildə Şuşaya Fərhad Bədəlbəyli də gəlmişdi. Təbii ki, 2007-ci ildə tamam ayrı hisslər keçirirdik. Öz ata evini dağılmış halda görmək çox çətin bir sınaq idi... Allaha şükür ki, bu günü də gördük. Hörmətli Prezidentimizə dərin təşəkkürümüzü bildiririk”.
Qeyd edək ki, Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətlər göstərmiş, professional vokal məktəbinin təşəkkülü və təkamülündə mühüm rol oynamış Xalq artisti Bülbülün bu il avqustun 29-da Şuşa şəhərindəki ev-muzeyinin bərpa işlərindən sonra açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər.
Görkəmli musiqiçi 1982-ci ildən ev-muzeyi kimi fəaliyyət göstərən bu evdə anadan olub və uşaqlıq illərini burada keçirib.
31 Oktyabr 17:15
1 911
31 Oktyabr 11:59
2 086
31 Oktyabr 11:46
2 079