“Qarabağ münaqişəsi BMT Təhlükəsizlik Şurasının qərarları əsasında həll olunmalıdır” Mədəniyyət
Misir Mədəniyyət Mərkəzində Misirin Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Heysam Cəlal bir qrup jurnalistlə tanışlıq xarakteri daşıyan görüş keçirib. Görüşdən öncə misirli diplomat jurnalistlər üçün qısa brifinq keçirib, jurnalistlərin bir sıra suallarını cavablandırıb.
Diplomat qeyd edib ki, bu ilin sonuncu rübündə Qahirədə Azərbaycan-Misir hökumətlərarası komissiyasının növbəti iclası olacaq.
O bildirib ki, komissiyanın iclasında iqtisadi əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı investisiya qoyluşu məsələləri müzakirə olunacaq.
Heysam Cəlal onu da qeyd edib ki, 2010-cu ilədək iki ölkənin ticarət dövriyyəsi 1,5 milyard dollar təşkil edib. Ölkədə baş verən son hadisələrdən sonra isə ticarət dövriyyəsi təxminən 500 milyon dollara enib. H.Cəlal hazırda ticarət dövriyyəsinin artırılması istiqamətində bir sıra tədbirlərin görülməsinin planlaşdırıldığını bildirib. Əlavə edib ki, komissiyanın iclasında da bu məsələ diqqətdə olacaq.
Dağlıq Qarabağ münaqişəsiylə bağlı Misirin tutduğu mövqeyə gəlincə isə, diplomat bildirib ki, Misir Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq qanunlar əsasında həllinin tərəfdarıdır.
O, Qarabağdakı separatçı rejimin mayın 3-də keçirməyə hazırlaşdığı qondarma "parlament seçkiləri" nə münasibət bildirərkən deyib ki, təmsil etdiyi dövlət bu seçkiləri pisləyir və nəticələrini tanımır. Diplomat bildirib ki, Misir Azərbaycanın yaxın dostu olaraq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının qərarları əsasında həllini istəyir və bu çərçivədə hər bir kömək göstərməyə hazırdır.
Azəbaycandan Misirə səfər edənlərin də sayının artdığını deyən diplomat bunun xüsusilə Novruz bayramı günlərində daha çox olduğunu qeyd edib. Onun sözlərinə görə, hazırda azərbaycanlı turistlər Gürcüstan, Rusiya və Türkiyə vasitəsilə Misirə gəlirlər: "Amma Şarm əl Şeyxə birbaşa reysin açılması gündəmdədir. Bununla bağlı turizm şirkətləri müzakirələr aparırlar". H.Cəlal Misirdə əmin amanlığın hökm sürdüyünü və turistlərin təhlükəsizliyi üçün hər hansı problemin olmadığını deyib. Xüsusilə turizm şəhərlərində təhlükəsizlik yüksək səviyyədə təmin olunub. Buna nümunə kimi isə Şarm əl Şeyxdə bu günlərdə keçirilən beynəlxalq konfransları nümunə göstərib.
Daha sonra Misirin Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Heysam Cəlal və Mədəniyyət Mərkəzinin rəhbəri Əhməd Sami Elaydi ilə jurnalistlər arasında çay süfrəsi ətrafında səmimi söhbət aparılıb. Sonda Əhməd Sami Elaydi jurnalistləri Mədəniyyət Mərkəzi ilə tanış edib.