“Qeyri-neft sektorunun inkişafı dövlətimiz üçün prioritet məsələdir”
CENTCOM: İrana qarşı blokadanı yarmağa çalışan 136 gəminin istiqaməti dəyişdirilib
"Bizi birləşdirən ən böyük dəyər Vətənə olan sonsuz sevgimiz idi"
“Dövlət Proqramı kənd təsərrüfatı sahəsində mühüm addım kimi dəyərləndirilə bilər”
23 Dekabr 2024 12:26
7 770
“Müasir dünya bizdən potensial təhlükələri önləmək üçün aktiv xarici siyasət aparmaq tələb olunur. Şərqlə Qərb, Şimalla Cənub arasında körpü olan Azərbaycan ixracı və sərmayəni artırmaq, bazarları açmaq, resurslara çıxışı təmin etməklə regionun rifahını qurmaq və davamlı qlobal artımın təşviqi missiyasını üstlənib”.
Bunu xalqcəbhəsi.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova söyləyib.
Ş.Həsənova bildirib ki, önəmli amillərdən biri də odur ki, bu gün dünya liderlərin əməlləri ilə ritorikaları arasında ciddi çaşqınlıq yaşayır: “Məhz bu amilin özüdür ki, siyasətdə inam və etimad mühitinin deqradasiyasına gətirib çıxarır. Azərbaycan Liderinin isə sözü ilə əməli arasında bilavasitə uyğunluq mövcuddur. Azərbaycan dar maraqlardan çıxış etmir, hədəfləri sərhədləri aşır, İslamafob meyillərlə mübarizə aparır. Dünyanın üç qitəsini əhatə edən “İslam Səkkizliyi” adlanan D-8-ə üzv seçilməklə bu mübarizənin öncüllərindən birinə çevrilirik. Qələbəmiz region, müstəmləkə tarixə malik bölgələr, Yaxın Şərq olmaqla bir çox xalqlar və regionlar üçün tarixi presedent və nümunədir. Qarşıda isə bizi yeni hədəflər gözləyir. Bu hədəflərin icrasını da xalq yenə Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında görmək istəyir”.
Röya İsrafilova