10 ayda dövlət əmlakının özəlləşdirilməsi və icarəsindən büdcəyə 172 mln. manat vəsait daxil olub
Futbolçu qırmızı vərəqə aldıqdan sonra meydana bıçaqla qayıtdı, oyun dayandırıldı
Elektroenergetika sahəsində səmərəliliyinin araşdırılması məqsədilə Komissiya yaradılıb
Prezident hərbi xidmətə çağırış və ehtiyata buraxılma ilə bağlı sərəncam imzalayıb
Mərkəzi Banka sekyuritizasiyaya dair tələbləri, məlumatların dairəsini təsdiqləmək tapşırılıb
3 Fevral 2025 16:33
10 598
“Son 22 ildə müstəqil daxili və xarici siyasət sərgiləyən Türkiyə Qərbin hərbi sanksiyalarından qurtularaq özünün hərbi sənaye kompleksini inkişaf etdirib. Son illər isə Türkiyə dünya bazarında hərbi texnika ixracatında önəmli aktora çevrilməkdədir”.
Bunu xalqcəbhəsi.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Züriyə Ruslanqızı söyləyib.
Z.Ruslanqızı qeyd edib ki, Yaxın Şərq və Afrika ölkələrini öz monopoliyasında saxlayan Fransa, bu bazarlardan sıxışdırılmaqdadır: “Türkiyənin aerokosmik şirkəti TUSAŞ Afrika qitəsindəki Çada həm HÜRKUŞ təyyarələri, həm də ANKA zərbə pilotsuz təyyarələri istehsal edərək yeni ixrac uğuruna imza atıb. Bu uğurlar Fransanı narahat etməmiş deyil. Tarixi türk düşmənliyi, müasir dövrün güclü Türkiyə ordusu və coğrafiyada türk dayaqlarının möhkəmlənməsini özünə təhlükə mənbəyi olaraq görən Makronun Afrikadakı son çırpınışları da hədər getməkdədir. Bu dayaqları Rusiya və Türkiyə əvəzləməkdədir”.
Röya İsrafilova