"TDT BMT-də muşahidəçi statusu ilə təmin ediləcək" Gündəm

"TDT BMT-də muşahidəçi statusu ilə təmin ediləcək"

Turk dövlətləri arasında siyasi, iqtisadi və mədəni əlaqələri möhkəmləndirmək, əməkdaşlığı genişləndirmək məqsədi ilə 2009-cu ildə təsis edilmiş TDƏT (TDT) hazırda beynəlxalq arenada ən nüfuzlu və mötəbər subregional təşkilatlardan birinə çevrilib.

Bunu xalqcebhesi.az-a politoloq Elşən Manafov deyib.

O, qeyd edib ki, bu dövlətlər etnik, tarixi və mədəni baxımdan ortaq dəyərlərə malik olsalar da, onların arasında münasibətlərin genişləndirilməsinə səbəb olan ən mühüm amillər bu gün denya birliyini təhdid edən geosiyasi xarakterli problemlər, regional təhlükəsizlik məsələlərinə ortaq və ümumi baxışlardırlar. Birliyin bu günlərdə Qəbələdə keçirilən 12 ci Zirvə görüşü bu təsisatın təkcə regional deyil, qlobal mahiyyət təşkil edən bir sıra problemlərin həllinə ciddi təsir imkanlarının olduğunu bir daha numayiş etdirdi:

"Türk Dövlətlərinin təşkilatına daxil olan dövlətlərin təkcə məlum regionların təhlukəsizlik problemlərinin həllinə deyil, loqistika, enerji layihələrinin icraatına təsir imkanları da yetərincə yüksəlib.

Təşkilatın getdikcə artan nüfuzu belə bir fikri səsləndirməyə əsas verir ki, o da yaxın perspektivdə Ərəb Dövlətlərinin Liqası kimi BMT-də muşahidəçi statusu ilə təmin ediləcək".

Cavid