Dünya fond bazarlarının əsas indeks göstəriciləri İqtisadiyyat

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Amerika fond bazarlarında Dow Jones indeksi 0,01% – 46,601.78 bəndədək enib, S&P 500 indeksi 0,58% – 6,753.72 bəndədək, Nasdaq indeksi isə 1,12% – 23,043.38 bəndədək artıb.

"APA-Economics"in məlumatına görə, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,69% – 9,548.87 bəndədək, Almaniyanın DAX indeksi 0,87% – 24,597.13 bəndədək, Fransanın CAC-40 indeksi isə 1,07% – 8,060.13 bəndədək yüksəlib.

Dünya bazarlarında avronun dollara qarşı məzənnəsi 0,14% artaraq 1.1644 dollar təşkil edib.