ICMP: Azərbaycan-Ermənistan sülh sazişində "istintaq" və "araşdırma" ifadələrinin yer alması mühüm addımdır Hadisə

ICMP: Azərbaycan-Ermənistan sülh sazişində "istintaq" və "araşdırma" ifadələrinin yer alması mühüm addımdır

Azərbaycan-Ermənistan sülh sazişinin layihəsində “istintaq” və “araşdırma” kəlmələrindən istifadə olunması təqdirəlayiqdir.

APA xəbər verir ki, bunu İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın (ICMP) Baş direktoru Katrin Bomberger “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.

“Azərbaycan və Ermənistan arasında sülh razılaşmasının paraflanması çox mühüm irəliləyişdir. Yeri gəlmişkən, ilk dəfədir rast gəlirəm ki, sülh sazişində “istintaq” və “araşdırma” sözlərindən istifadə olunur”, - Katrin Nomberger qeyd edib.

O bu məqamı münaqişə nəticəsində itkin düşmüş şəxslərin taleyinin araşdırılması, onların ailələrinin məlumatlandırılması baxımından əhəmiyyətli addım adlandırıb.