

Ötən gecə Ukrayna Silahlı Qüvvələrinə məxsus dronlar Rusiyanın Volqoqrad vilayətində “Lukoyl”a məxsus qaz emalı zavoduna hücum edib.
APA xəbər verir ki, bu barədə UNİAN məlumat yayıb.
Nəticədə zavodda yanğın başlayıb.
Qeyd edək ki, “Lukoyl”a məxsus qaz emalı zavodu Federal Cənub Dairəsinin ən böyük zavodu hesab edilir.