ABŞ və İran mümkün razılaşma ilə bağlı müzakirələr aparır Dünya

ABŞ və İran mümkün razılaşma ilə bağlı müzakirələr aparır

ABŞ və İran ABŞ-ın İranın nüvə obyektlərinə zərbələrindən sonra mümkün razılaşmanı müzakirə edirlər.

APA xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp “Fox News” telekanalına müsahibəsində bildirib.

"Bunu (İranın nüvə obyektlərinə zərbələr – red.) etdikdən sonra biz indi elə bir nöqtədəyik ki, İran, mən və bəzi başqa adamlar sazişi müzakirə edirik. Bu, çox fərqli İrandır", - o deyib.

Qeyd edək ki, 2025-ci ildə İran və ABŞ arasında nüvə danışıqlarının beş raundu heç bir razılaşma olmadan başa çatıb.