

Bu gün Bosniya və Herseqovinanın İtkin düşmüş şəxslər İnstitutu ilə memorandum imzalayacağıq.
APA xəbər verir ki, bunu Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.
“Bosniya və Herseqovinanın İtkin düşmüş şəxslər İnstitutu ilə ikitərəfli əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi, itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması sahəsində səmərəli olacağını nəzərə alaraq, qarşılıqlı əməkdaşlıq haqqında Memorandum layihəsinin müzakirəsi ilə əlaqədar 2025-ci ilin aprel ayında Dövlət Komissiyasının nümayəndə heyəti Sarayevo şəhərinə səfər edib. Səfər zamanı anlaşma Memorandumunun layihəsi müzakirə edilib və razılaşdırılıb. Bu gün biz həmin Memorandumu sizin iştirakınızla imzalayacağıq”, - Əli Nağıyev vurğulayıb.