ABŞ-ın kommersiya neft ehtiyatları 420 mln. bareli ötüb İqtisadiyyat

ABŞ-ın kommersiya neft ehtiyatları 420 mln. bareli ötüb

ABŞ-da kommersiya neft ehtiyatları 3 715 min barel artıb və 420 261 min barel təşkil edib.

"APA-Economics"in məlumatına görə, bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) dərc etdiyi hesabatda bildirilib.

Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-nin kommersiya neft ehtiyatlarının 2 250 min barel artacağını proqnozlaşdırırdı.

Qeyd edək ki, ABŞ-in neft ehtiyatları haqqında məlumatlar dünya bazarında "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.