10:56
469
Trampın təklif etdiyi sülh planının müharibə tərəflərini razı salması üçün durum müsait deyildi. Tərəflərini özlərinin haqlı hesab etdikləri şərait mövcud idi və bu durumda sülh planındakı şərtlərlə onların razılaşmayacağı öncədən bəlli idi.
Bunu xalqcebhesi.az-a ƏHD Partiyasının ictimai-siyasi əlaqələr üzrə katibi, politoloq Azər Qasımov deyib.
Onun fikrincə, Rusiya Donbası tamamını tələb etməklə, Ukrayna isə Zaparoje AES, reparasiya, Donbasın yerdə qalan ərazilərinin Rusiyaya verilməsinin mümkünsüzlüyü və təhlükəsizlik zəmanəti ilə dörd məsələdə razı olmadığını bildirməklə təklif edilən sülh planından hər iki tərəf imtina etdilər. Trampın Ukraynaya və Rusiyaya olan mövqeyi birmənalı qarşılanmasa da ölümlərin qarşısını almaq üçün cəhd baxımından önəmli idi:
"ABŞ-ın yeni təhlükəsizlik doktrinasının elan edilməsindən sonra Avropanın NATO-ya olan ümidlərinin qırılması fonunda Rusiyanın ABŞ-la əlaqələrinin mahiyyəti gələcək proseslərin daha mürəkkəb ssenari üzrə cərəyan edəcəyi təhlükəsi yaratmaqla bərabər yeni dünya düzəninin artıq açıq konturlarını da cızır. Bu günə kimi yeni düzənin mahiyyətinin hələ nədən ibarət olduğunu dəqiq anlamaq mümkün olmadığı bir halda indi artıq bəlli olur ki, Rusiya və ABŞ bir cəbhədə, Avropa isə qarşı cəbhədə kimi görünür. Bu, demokratiya ilə avtoritarizmin qarşıdurması halını alır. Beynəlxalq imperializm anlayışının yenidən dirçəldilməsi kimi görünür. Dünyanın bölünməsinin ən pis şəkildə həyata keçirilməsi yolunun tutulduğu başa düşülür".
Cavid