25 Noyabr 23:34
25 Noyabr 23:32
25 Noyabr 23:30
08:18
196
Qanunvericilər silahların genişmiqyaslı alışı üçün maliyyələşdirməni təsdiqləməzlərsə, ABŞ Silahlı Qüvvələri İrana qarşı müharibə nəticəsində tükənmiş arsenalını bərpa etmək üçün yüzlərlə raketi əldə edə bilməyəcək.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Ağ Evin İdarəetmə və Büdcə Ofisinin sənədlərinə istinadən "Bloomberg" agentliyi məlumat yayıb.
Qeyd olunduğu kimi, Amerika administrasiyası federal hökumətin müvəqqəti maliyyələşdirilməsi haqqında qanun layihəsinə Pentaqona lazımi həcmdə silah almağa imkan verəcək müddəaların daxil edilməsinə nail olmağa çalışır. Əks təqdirdə, ABŞ Müdafiə Nazirliyi 347 ədəd "JASSM" qanadlı raketini əldə edə bilməyəcək və 136 əvəzinə cəmi 12 ədəd "SM-3 Block IIA" zenit raketi almaq məcburiyyətində qalacaq. İdarənin məlumatına görə, Pentaqon tələb olunan sayda "Tomahawk" qanadlı raketlərini də əldə edə bilməyəcək.
Daha əvvəl "The Washington Post" qəzeti mənbələrə istinadən xəbər vermişdi ki, ABŞ Prezidenti Donald Tramp Pentaqon rəhbəri Pit Heqsetdən hərbi qurumun İranla qarşıdurmada silah çatışmazlığı məsələsində dövlət başçısını niyə yanıltması ilə bağlı izahat tələb edib. Sonradan Amerika lideri nəşrin bu iddialarını təkzib edib.
Məryəm Quliyeva