NATO ABŞ-ın Avropadakı qoşunlarını azaltmaq qərarını təxirə salacağına ümid edir Dünya

NATO ABŞ-ın Avropadakı qoşunlarını azaltmaq qərarını təxirə salacağına ümid edir

ABŞ-ın NATO üzrə müttəfiqləri Vaşinqtonun Avropadakı Amerika qoşunlarının sayının azaldılması ilə bağlı qərarın qəbulunu dekabrın əvvəlindən daha sonrakı müddətə təxirə salacağını gözləyirlər.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə mənbələrə istinadən "Bloomberg" agentliyi məlumat yayıb.

Qeyd olunduğu kimi, Şimali Atlantika Alyansının üzvləri ABŞ-ın bu məsələ ilə bağlı qərarı dekabrın sonlarında və ya artıq 2027-ci ildə qəbul edə biləcəyini istisna etmirlər. Agentliyin həmsöhbətləri bunu ABŞ Prezidenti Donald Tramp administrasiyasının diqqətini Ukrayna münaqişəsinin nizamlanmasına yönəltməsi ilə əsaslandırıblar. Bundan əlavə, "Bloomberg" mənbələrinin sözlərinə görə, son həftələrdə Alyans ölkələrinin müdafiə xərclərini artırmağa hazır olması səbəbindən ABŞ və NATO münasibətləri yaxşılaşıb. Agentlik qeyd edir ki, Yaxın Şərqdəki müharibə şəraitində Vaşinqtonun Avropa ərazisindəki bazalara da ehtiyacı var.

Xatırladaq ki, sentyabrın ortalarında "NBC News" telekanalı mənbələrə istinadən Avropadakı Amerika kontingentinin azı 25 min nəfər azaldıla biləcəyini, nəticədə isə Avropa ölkələrindəki bazalarda ABŞ hərbçilərinin sayının iki dəfə - 40 min nəfərədək endiriləcəyinin istisna olunmadığını bildirmişdi. Noyabrda isə "Bloomberg" agentliyi ixtisarların daha az miqyaslı ola biləcəyi və Amerika hərbi kontingentinin sayının təxminən 5 min nəfər azaldıla biləcəyi barədə məlumat yaymışdı.

Məryəm Quliyeva