25 Noyabr 23:34
25 Noyabr 23:32
25 Noyabr 23:30
08:20
224
Mən hesab edirəm ki, Zelenski bu mövqeyi tamamilə əsaslı şəkildə ifadə edib. Tramp administrasiyası dövründə ABŞ artıq Ukraynanın tamhüquqlu iştirakı olmadan Rusiya-Ukrayna müharibəsinin nizamlanması perspektivlərini müzakirə etməyə çalışmışdı. Lakin bu cür yanaşma gözlənilən nəticələri vermədi və göstərdi ki, Kiyevin mövqeyi nəzərə alınmadan əldə edilən razılaşmaların perspektivləri olduqca şübhəlidir.
Bunu xalqcebhesi.az-a
İntermariun İnstitutunun rəhbəri, ukraynalı politoloq Valentin Hayday Zelenskinin Ukraynasız danışıqlara etirazına münasibətində deyib.
"Şübhəsiz ki, digər dövlətlərin öz aralarında beynəlxalq təhlükəsizlik, diplomatiya və gələcək Avropa nizamı məsələlərini müzakirə etmək hüququ var. Amma fikir mübadiləsi aparmaq bir şeydir, suveren dövlətin əvəzinə qərarlar qəbul etməyə çalışmaq isə tamamilə başqa bir şeydir.
Nəticə etibarilə, Ukraynanın özünü görməzdən gələrək Ukraynanın taleyi barədə razılığa gəlmək mümkün deyil. «Ukraynasız Ukrayna haqqında heç nə» formulu müharibənin başa çatdırılması ilə bağlı istənilən danışıqların təməl prinsipi olaraq qalmalıdır"" - o, deyib.
Cavid