Tramp: Onların ağlına gələn sonuncu məsələ nüvə silahıdır Gündəm

Tramp: Onların ağlına gələn sonuncu məsələ nüvə silahıdır

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, İrandan ölkənin nüvə silahı yaratmaqdan imtina etməsinə dair yazılı zəmanət gözləyir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Tramp jurnalistlərə bildirib.

"Onların ağlına gələn sonuncu şey nüvə silahıdır.İndi bunu yazılı şəkildə təqdim etməlidirlər", — deyə o, bildirib.

Daha əvvəl ABŞ prezidenti Fars körfəzinin bir neçə ölkə rəhbərinin xahişi ilə İrana zərbələr endirməkdən imtina etdiyini bəyan etmişdi. O dəqiqləşdirib ki, plan "iki-üç günlüyə" təxirə salınıb. Donald Tramp həmçinin qeyd edib ki, Birləşmiş Ştatların ordusu əvvəlki kimi "tammiqyaslı hücuma" tam hazır vəziyyətdədir.

Məryəm Quliyeva