Tramp Türkiyəyə Amerikanın F-35 qırıcılarının satışına icazə vermək niyyətindədir Gündəm

Tramp Türkiyəyə Amerikanın F-35 qırıcılarının satışına icazə vermək niyyətindədir

ABŞ Prezidenti Donald Trampın türkiyəli həmkarı Rəcəb Tayyib Ərdogana Vaşinqtonun Ankaraya beşinci nəsil F-35 qırıcılarının satışına icazə verməyə hazır olduğunu bildirəcəyi gözlənilir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "The New York Times" (NYT) qəzeti öz mənbələrinə istinadən yazır.

Nəşrin məlumatına görə, Trampın bu addımı məhz hansı yolla həyata keçirəcəyi və Konqresin Türkiyəyə F-35 tədarükünə qoyduğu qadağadan necə yan keçəcəyi hələlik qeyri-müəyyən olaraq qalır. ABŞ administrasiyasının adının açıqlanmasını istəməyən rəsmiləri ehtimal edirlər ki, Türkiyənin F-35 proqramına qaytarılması prosesini başlatmaq üçün liderlər rəsmi məktub mübadiləsi apara bilərlər. ABŞ lideri iyulun 7-də Türkiyəyə gələcək və burada NATO sammitində iştirak edəcək.

Qəzet qeyd edir ki, amerikalı rəsmilər Ağ Ev rəhbərinin hələ də öz fikrini dəyişə biləcəyi ehtimalını istisna etmirlər. İyunun sonunda Brüsselin "Euractiv" portalı xəbər vermişdi ki, Türkiyə özünün "S-400" komplekslərindən imtina edərsə — lakin onları Rusiyaya qaytarmayıb "üçüncü ölkəyə" satarsa — ABŞ Türkiyəyə F-35 təyyarələrinin satışı ideyasına geri dönə bilər.

Məryəm Quliyeva