09:40
560![]()
ABŞ Prezidenti Donald Tramp Ankarada keçirilən NATO sammitinə yalnız Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana olan hörmətinə görə yollanıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "CNN" telekanalı məlumat yayıb.
Telekanal xatırladıb ki, Tramp bundan əvvəl Türkiyə liderini öz dostu hesab etdiyini bəyan etmişdi. "CNN"in mənbəsi bildirib ki, ABŞ prezidentinin və onun komandasının diqqətinə şəxsi qaydada çatdırılıb ki, sammitdə iştirakdan imtina etmək Ərdoğana qarşı hörmətsizlik nümayişi olacaq.
Bununla belə, amerikalı lider alyans üzrə müttəfiqləri ilə görüşə ilkin olaraq şübhə ilə yanaşırdı, çünki onların bir çoxunun İranla müharibədə ABŞ-a dəstək verməməsindən narazı idi. Bu səbəbdən "CNN"in mənbələri "prezidentin pis əhval-ruhiyyəsini nəzərə alaraq" sammitin rahat keçəcəyinə əmin deyillər.
Trampın çərşənbə axşamı səhər saatlarında Ankaraya gələcəyi gözlənilir. Türkiyə tərəfi onun üçün ali səviyyədə rəsmi qarşılanma mərasimi hazırlayıb. Yerli şərhçilərin gözləntilərinə görə, danışıqlardan sonra Ərdoğan və Tramp birgə mətbuat konfransı təşkil edəcək.
Məryəm Quliyeva