Dünya fond bazarlarının əsas indeks göstəriciləri İqtisadiyyat

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Son sutkada ABŞ fond bazarlarında artım müşahidə olunsa da, Avropa və Asiya birjaları enişlə bağlanıb.

ABŞ-da “Dow Jones” 0,91%, S&P 500 0,79% və Nasdaq 0,92% yüksəlib. Kanadanın “S&P/TSX Composite” indeksi isə 0,56% artıb.

Avropada isə eniş üstünlük təşkil edib. FTSE 100 0,19%, “DAX” 0,52%, CAC 40 0,75%, “IBEX” 35 0,36%, FTSE MIB 0,80% və “STOXX Europe” 600 0,44% geriləyib.

Asiya-Sakit okean regionunda da əsas indekslərin əksəriyyəti mənfi zonada bağlanıb. Nikkei 225 0,65%, “TOPIX” 0,22%, Hang Seng 0,16%, “Shanghai Composite” 0,18% və CSI 300 0,40% enib. Bununla yanaşı, “S&P/ASX” 200 0,13% və “NZX” 50 0,23% artım göstərib.

Analitiklərə görə, bazar iştirakçıları əsasən şirkətlərin maliyyə nəticələri, mərkəzi bankların pul siyasəti ilə bağlı gözləntilər və qlobal iqtisadi artıma dair siqnalları qiymətləndirməyə davam etdikləri üçün dünya birjalarında qarışıq dinamika müşahidə olunub.