09:27
1 253
Amerika Birləşmiş Ştatları hesab edir ki, İran iyulun 6-da Hörmüz boğazında kommersiya gəmilərinə ən azı iki raket atıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Axios" portalı ABŞ administrasiyasındakı mənbələrinə istinadən məlumat yayıb.
Portalın məlumatına görə, "hücumlar ABŞ və İran arasında Hörmüz boğazında zərbələrin dayandırılmasına dair əldə olunmuş bir həftəlik razılaşmanın müddəti başa çatdıqdan sonra həyata keçirilib". "Axios"un qiymətləndirməsinə görə, bu addım Vaşinqton ilə Tehran arasındakı anlaşma memorandumunu təhlükə altına qoyur. Portal həmçinin yazır ki, "ABŞ, böyük ehtimalla, İran ərazisindəki hədəflərə zərbələr endirməklə buna cavab verəcək".
Məryəm Quliyeva